Dağ ötüşmələri üzrə ölkə kubokunun II mərhələsi

9 sentyabr 2025 - 10 sentyabr 2025

10:00

Tədbir haqqında:


Sentyabrın 9-10-da Abşeron rayonunda yerləşən Velopark Şıxovda velosiped idman növü üzrə dağ ötüşmələri üzrə ölkə kubokunun II mərhələsi baş tutacaq. Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Turnirdə müxtəlif yaş kateqoriyalarında idmançılar qalib adı uğrunda mübarizə aparacaqlar. İştirakçılar həm texniki hazırlıqlarını, həm də fiziki dözümlülüklərini nümayiş etdirərək, dağ ötüşmələrinin çətin marşrutlarında güclərini sınayacaqlar.
Yarışın yüksək səviyyədə təşkili və idmançılar arasında sağlam rəqabətin yaradılması məqsədilə bütün zəruri şərait təmin olunacaq. Dağ velosipedinə marağı olan azarkeşlər üçün yarış sərbəst izlənilə biləcək.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Velopark Şıxov Velopark Şıxov
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr