Şəhid və qazi övladlarının “Xarıbülbül” yay düşərgəsi

10 sentyabr 2026 - 14 sentyabr 2026

10:00

Tədbir haqqında:

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə 10-14 sentyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində şəhid və qazi övladlarının “Xarıbülbül” yay düşərgəsi keçiriləcək.

Düşərgənin məqsədi şəhid və qazi övladlarını vahid platformada bir araya gətirərək onların sosial əlaqələrinin və dostluq münasibətlərinin gücləndirilməsinə, şəxsi və yaradıcı potensiallarının inkişafına, yeni bacarıqlar qazanmalarına və özünəinamlarının artırılmasına dəstək olmaqdır. Eyni zamanda, iştirakçılar üçün yeni təcrübələr, maraqlı fəaliyyətlər və xoş xatirələrlə dolu bir düşərgə mühiti yaradılacaq.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Şəki Olimpiya İdman Kompleksi Şəki Olimpiya İdman Kompleksi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr