Qubada Beynəlxalq Gənclər Forumu
24 oktyabr 2026
- 26 oktyabr 2026
10:00
Tədbir haqqında:
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) gənclər şəbəkəsinin üzvü olan gənc liderlərin iştirakı ilə 24-26 oktyabr tarixlərində Azərbaycanın Quba şəhərində Beynəlxalq Gənclər Forumu keçiriləcək.
Beynəlxalq Gənclər Forumu BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA), Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən təşkil olunur.
44 ölkədən gənc liderləri bir araya gətirəcək Forum çərçivəsində iştirakçılar interaktiv müzakirələrdə iştirak edəcək, “Vahid bəşəriyyət naminə idman” futbol matçına qoşulacaq, mədəni tədbirlərdə iştirak edəcək və Azərbaycanın görkəmli tarixi məkanlarını ziyarət edəcəklər. Bütün bu fəaliyyətlər mədəniyyətlərarası anlaşmanın, dialoqun və həmrəyliyin təşviqinə xidmət edəcək.
Əlaqə vasitələri:
Yarışı paylaş:
Xəritə üzərində:
İstiqamət:
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi