Şəhid Elvin İslamovun xatirəsinə həsr olunmuş sambo turniri
6 dekabr 2026
- 6 dekabr 2026
10:00
Tədbir haqqında:
Dekabrın 6-da Xırdalan şəhərində “II Qarabağ-Vətən müharibəsi” şəhidi, gizir Elvin İslamovun xatirəsinə həsr olunmuş kadetlər arasında sambo idman növü üzrə açıq turnir keçiriləcək.
Yarışın keçirilməsində məqsəd şəhidimizin əziz xatirəsini yad etmək, gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq və idmanın inkişafına töhfə verməkdir.
Turnirdə kadet yaş qrupuna aid idmançılar sambo üzrə bacarıqlarını nümayiş etdirəcək, müxtəlif çəki dərəcələrində qalibiyyət uğrunda mübarizə aparacaqlar.
Açıq turnir gənc idmançıların yarış təcrübəsinin artırılması, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi və onlar arasında idman ənənələrinin təşviqinə xidmət edir.
Qeyd edək ki, yarış Xırdalan şəhərində yerləşən 10 saylı orta məktəbdə təşkil olunacaq.
Əlaqə vasitələri:
Yarışı paylaş:
Xəritə üzərində:
İstiqamət:
Azərbaycan Sambo Federasiyası
Ödənişsiz