Voleybol üzrə qadınlar arasında CEV Çelenc Kubokunun 1/16 final mərhələsi

26 noyabr 2026 - 26 noyabr 2026

18:00

Tədbir haqqında:

Noyabrın 26-da qadın voleybolçular arasında CEV Çelenc Kubokunun 1/16 final mərhələsinin ilk qarşılaşması baş tutacaq.

Azərbaycanı turnirdə təmsil edən “DH Volley” komandası bu mərhələdə Polşanın “LKS Commercecon Lodz” kollektivi ilə qüvvəsini sınayacaq. Təmsilçimiz doğma meydanda rəqibini qəbul edərək iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək növbəti mərhələyə vəsiqə uğrunda mübarizəyə başlayacaq.

Görüş saat 18:00-da start götürəcək.

Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Qeyd edək ki, CEV Çelenc Kuboku Avropa voleybol klublarının mübarizə apardığı beynəlxalq yarışlardan biridir. “DH Volley” ilk oyunda uğurlu nəticə qazanaraq cavab qarşılaşması öncəsi üstünlük əldə etməyə çalışacaq.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzi Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər