Kütləvi idman – Dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı yarışı

26 iyul 2025 - 26 iyul 2025

10:00

Tədbir haqqında:

 26 iyul 2025-ci il tarixində Bakı Atıcılıq Mərkəzində Azərbaycanın dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı yarışı baş tutacaq.

Bu yarış kütləvi idmanın inkişafına, əməkdaşlar arasında sağlam rəqabət və dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Peşəkarlıq və dəqiqlik tələb edən stend atıcılığı idman növündə iştirakçılar öz bacarıqlarını sınayaraq ən yaxşı nəticələr üçün mübarizə aparacaqlar.

Yarış həm fiziki hazırlıq, həm də fokus və konsentrasiyanın ön planda olduğu unikal idman təcrübəsidir.

Tədbirgiriş sərbəstdir.

İdmansevərləri Bakı Atıcılıq Mərkəzində keçiriləcək bu maraqlı və həyəcanlı yarışı izləməyə dəvət edirik!

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Atıcılıq Mərkəzi Bakı Atıcılıq Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr