
Mas-reslinq üzrə ölkə çempionatı
17 avqust 2025
- 17 avqust 2025
10:00
Tədbir haqqında:
17 avqust 2025-ci il tarixində Gəncə şəhəri, Xan Yurdu Parkında Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) təşkilatçılığı ilə keçiriləcək mas-reslinq üzrə ölkə çempionatı baş tutacaq.
Güc, iradə və dözümlülüyün sınandığı bu unikal və qədim mənşəli idman növü üzrə ölkə çempionatı fərqli yaş və çəki dərəcələrində idmançıların qarşıdurması ilə yadda qalacaq. Yarışda ölkənin müxtəlif bölgələrindən iştirakçılar öz güclərini nümayiş etdirəcək, qalibiyyət uğrunda əzmlə mübarizə aparacaqlar.
Mas-reslinq təkcə fiziki gücü deyil, həm də taktiki düşüncəni ön plana çıxaran maraqlı və dinamik bir döyüş növüdür. Xan Yurdu Parkında açıq havada keçiriləcək bu yarış izləyicilər üçün də maraqlı və rəngarəng anlar vəd edir.
Tədbirə giriş sərbəstdir.
Gəncədə keçiriləcək bu güc duelini canlı izləmək fürsətini qaçırmayın!
Ünvan:
Xəritə üzərində:
İstiqamət: