Lənkəranda “Local Training Course (LTC) 2026” proqramı

6 noyabr 2026 - 8 noyabr 2026

10:00

Tədbir haqqında:

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “AEGEE-Bakı” gənclər təşkilatı tərəfindən 6-8 noyabr 2026-cı il tarixlərində Lənkəran Olimpiya İdman Kompleksində “Local Training Course (LTC) 2026” proqramı təşkil olunacaq.

3 gün davam edəcək proqramın məqsədi gənclərin şəxsi və peşəkar inkişafına dəstək göstərmək, onların liderlik, komanda işi və kommunikasiya bacarıqlarını gücləndirmək, eləcə də gənclər təşkilatının yerli və beynəlxalq fəaliyyət istiqamətləri barədə məlumatlılığı artırmaqdır.

Proqram çərçivəsində iştirakçılar interaktiv təlimlərdə, komanda oyunlarında və intellektual yarışlarda iştirak edəcək, təcrübə mübadiləsi aparmaq və yeni əlaqələr qurmaq imkanı əldə edəcəklər. Eyni zamanda, gənclər təşkilatının strukturu, layihələri və könüllülük imkanları haqqında məlumatlandırıcı sessiyalar keçiriləcək.

📅 Tarix: 6-8 noyabr 2026-cı il

📍 Məkan: Lənkəran Olimpiya İdman Kompleksi

🔗 Qeydiyyat linki: https://gencler.az/events/local-training-course-ltc-2026 

📝 Qeydiyyat üçün son tarix: 30 oktyabr 2026-cı il

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Lənkəran Olimpiya İdman Kompleksi Lənkəran Olimpiya İdman Kompleksi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər