İdman gimnastikası üzrə FIG Dünya Kuboku – AGF Trophy

11 mart 2027 - 14 mart 2027

10:00

Tədbir haqqında:

11-14 mart 2027-ci il tarixlərində Bakı şəhərində, Milli Gimnastika Arenasında İdman gimnastikası üzrə FIG Dünya Kuboku – AGF Trophy keçiriləcək. Nüfuzlu beynəlxalq yarış dünyanın ən güclü kişi və qadın idman gimnastlarını bir araya gətirəcək.

Dörd gün davam edəcək yarışda iştirakçılar fərdi çoxnövçülük və ayrı-ayrı gimnastika alətləri üzrə medallar uğrunda mübarizə aparacaqlar. Turnir FIG-in beynəlxalq yarış təqvimində mühüm yer tutur və yüksək idman rəqabəti ilə seçilir.

Bakının növbəti dəfə bu mötəbər yarışa ev sahibliyi etməsi Azərbaycanın gimnastika sahəsində qazandığı uğurları, müasir idman infrastrukturunu və beynəlxalq yarışların təşkili sahəsindəki zəngin təcrübəsini bir daha nümayiş etdirəcək.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Milli Gimnastika Arenası Milli Gimnastika Arenası
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər