Bakı-Xankəndi Azərbaycan velosiped yarışı

9 may 2027 - 13 may 2027

10:00

Tədbir haqqında:

9-13 may 2027-ci il tarixlərində Bakı-Xankəndi Azərbaycan velosiped yarışı keçiriləcək. Yarışın finişi Xankəndi şəhərində olacaq.

Yarışın idman əhəmiyyətini artıran əsas amillərdən biri onun Los Anceles-2028 Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsinə təsadüf etməsidir. Olimpiya təsnifat prosesində reytinq xallarının mühüm rol oynaması nəzərə alınaraq, Bakı-Xankəndi Azərbaycan velosiped yarışında yüksək səviyyəli komandaların və idmançıların iştirakı, eləcə də mərhələlərdə gərgin və prinsipial mübarizənin müşahidə olunması gözlənilir.

Komandalar mərhələlər və ümumi təsnifat üzrə yüksək nəticələr əldə etməklə yanaşı, Olimpiya Oyunlarına gedən yolda reytinq xallarını artırmaq uğrunda da mübarizə aparacaqlar.

Bakı-Xankəndi Azərbaycan velosiped yarışı ölkəmizin idman, turizm və mədəni potensialının beynəlxalq səviyyədə nümayiş etdirilməsi baxımından mühüm platforma olmaqla yanaşı, son illərdə Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Xankəndi Xankəndi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər