Bədii gimnastika üzrə FIG Dünya Kuboku – AGF Trophy

23 aprel 2027 - 25 aprel 2027

10:00

Tədbir haqqında:

23-25 aprel 2027-ci il tarixlərində Bakıdakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kuboku – AGF Trophy keçiriləcək. Nüfuzlu beynəlxalq yarışda dünyanın ən güclü bədii gimnastları iştirak edəcəklər.

Üç gün davam edəcək yarışlarda böyüklər arasında fərdi və qrup hərəkətləri proqramı üzrə gimnastlar çoxnövçülük və ayrı-ayrı alətlərdə medallar uğrunda mübarizə aparacaqlar. Turnir FIG-in beynəlxalq təqvimində yer alan ən nüfuzlu yarışlardan biridir.

Bakıda keçiriləcək Dünya Kuboku Azərbaycanın gimnastika üzrə beynəlxalq yarışların təşkilində qazandığı zəngin təcrübəni və ölkəmizin müasir idman infrastrukturunu bir daha nümayiş etdirəcək.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Milli Gimnastika Arenası Milli Gimnastika Arenası
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər