Qarüstü Polo üzrə Dünya Kuboku

19 fevral 2027 - 21 fevral 2027

10:00

Tədbir haqqında:

19-21 fevral 2027-ci il tarixlərində Şahdağ Turizm Mərkəzində “Snow Polo World Cup Azerbaijan-2027” beynəlxalq turniri keçiriləcək. Azərbaycan ilk dəfə Qarüstü Polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.

Yarışda İsveçrənin “Evviva Polo Club” St. Moritz, Avstriyanın “Kitzbühel Polo Club”, ABŞ-nin “Aspen Polo Club” və Azərbaycanın “Land of Fire” komandaları iştirak edəcəklər.

Üç gün davam edəcək turnirdə komandalar kubok uğrunda mübarizə aparacaqlar. Sürət, dəqiqlik və komanda ruhunun ön planda olacağı yarışlarda atların gücü və idmançıların ustalığı tamaşaçılara maraqlı anlar yaşadacaq.

Şahdağın möhtəşəm qış mənzərəsi fonunda keçiriləcək beynəlxalq turnir idman və qış turizmini bir araya gətirəcək. Yarışı canlı izləmək istəyənlər biletləri iticket.az saytından əldə edə bilərlər.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Şahdağ Turizm Mərkəzi Şahdağ Turizm Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər