
FIS Dünya Kubokunun final mərhələsi
14 mart 2026
- 15 mart 2026
10:00
Tədbir haqqında:
14-15 mart 2026-cı il tarixlərində Şahdağ qış-xizək mərkəzində möhtəşəm qış idman tədbiri – FIS Dünya Kubokunun final mərhələsi keçiriləcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qış İdman növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq bu yarış dünyanın ən güclü xizəkçilərini bir araya gətirəcək. İdmançılar sürət, dəqiqlik və dözümlülüklə dolu həyəcanlı çıxışları ilə tamaşaçılara unudulmaz anlar yaşadacaqlar. Final mərhələsində fərqlənən qaliblərə müxtəlif metal və dəyərli mükafatlar təqdim olunacaq.
Azarkeşlər üçün giriş sərbəstdir! Gəlin birlikdə bu möhtəşəm finalın həyəcanını yaşayaq və idmançılarımıza dəstək olaq!
Xəritə üzərində:
İstiqamət: