
Xizək alpinizmi üzrə Avropa çempionatı
4 mart 2026
- 8 mart 2026
10:00
Tədbir haqqında:
4-8 mart 2026-cı il tarixlərində Şahdağ dağ-xizək mərkəzində həyəcan dolu yarış – Xizək alpinizmi üzrə Avropa çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qış İdman növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq çempionata Avropanın müxtəlif ölkələrindən ən güclü idmançılar qatılacaq. Qarlı zirvələrdə dözümlülük, güc və sürətin sınağa çəkiləcəyi bu möhtəşəm yarış tamaşaçılara unudulmaz anlar bəxş edəcək. Çempionatın sonunda qaliblərə müxtəlif metal və dəyərli mükafatlar təqdim olunacaq.
Azarkeşlər üçün giriş sərbəstdir! Gəlin birlikdə bu həyəcanı yaşayaq və idmançılarımıza dəstək olaq!
Xəritə üzərində:
İstiqamət: