
Akrobatika gimnastikası üzrə FIG Dünya Kuboku
5 iyun 2026
- 7 iyun 2026
10:00
Tədbir haqqında:
5-7 iyun tarixləri 2026-cı ildə Milli Gimnastika Arenasında möhtəşəm idman tədbiri – Akrobatika gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Gimnastika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışda dünyanın ən güclü akrobatları çeviklik, ustalıq və komanda ruhunu nümayiş etdirəcəklər. Üç gün davam edəcək mübarizə tamaşaçılara unudulmaz anlar bəxş edəcək. Yarışın sonunda qaliblərə müxtəlif metal və dəyərli mükafatlar təqdim olunacaq.
Azarkeşlər üçün giriş sərbəstdir! Gəlin bu möhtəşəm yarışın həyəcanını birlikdə yaşayaq və akrobatlarımıza dəstək olaq!
Xəritə üzərində:
İstiqamət: