“Mingəçevir Reqatası” beynəlxalq turniri

12 oktyabr 2026 - 17 oktyabr 2026

10:00

Tədbir haqqında:

12-17 oktyabr 2026-cı il tarixlərində Mingəçevir şəhərində, “Kür” Olimpiya Tədris-İdman Kompleksində avarçəkmə və kanoe üzrə beynəlxalq Mingəçevir Reqatası keçiriləcək. Nüfuzlu beynəlxalq yarışda müxtəlif ölkələrdən idmançıların iştirakı gözlənilir.

Altı gün davam edəcək reqatada idmançılar müxtəlif məsafələr və kateqoriyalar üzrə mübarizə aparacaqlar. Yarış avarçəkmə və kanoe idman növlərinin inkişafına, beynəlxalq idman əməkdaşlığının genişlənməsinə və idmançılar arasında təcrübə mübadiləsinə töhfə verəcək.

Mingəçevir Reqatası Azərbaycanın beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etmək ənənəsini davam etdirərək ölkəmizin yüksək təşkilatçılıq potensialını bir daha nümayiş etdirəcək.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

“Kür” Olimpiya Tədris-İdman Mərkəzi “Kür” Olimpiya Tədris-İdman Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər