Bakı-Xankəndi Azərbaycan velosiped yarışı

1 may 2027 - 10 may 2027

09:00

Tədbir haqqında:

1-10 may 2027-ci il tarixlərində Azərbaycanda beynəlxalq təqvimə daxil olan Bakı–Xankəndi Azərbaycan velosiped yarışı keçiriləcək. UCI-nin 2.1 kateqoriyalı çoxgünlük yarışında dünyanın müxtəlif ölkələrindən peşəkar velosiped komandaları iştirak edəcək. Yarışın açılış mərasimi və ilk mərhələsi Bakı şəhərində yerləşən Sea Breeze ərazisində təşkil olunacaq.

Beş mərhələdən ibarət yarış ölkənin müxtəlif bölgələrini əhatə edəcək. İştirakçılar həm fərdi, həm də komanda hesabında qalib adı uğrunda mübarizə aparacaq, əldə olunan nəticələr UCI reytinqinə hesablanacaq.

Yarışın son mərhələsi və təntənəli finişi Xankəndi şəhərində keçiriləcək. Beynəlxalq yarış Azərbaycanın idman sahəsində qazandığı uğurları və yüksək təşkilatçılıq potensialını bir daha nümayiş etdirəcək.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Sea Breeze Sea Breeze
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər