"Azerbaijan Open 2026" qolf turniri

5 sentyabr 2026 - 6 sentyabr 2026

10:00

Tədbir haqqında:

5-6 sentyabr 2026-cı il tarixlərində Xəyal adasında yerləşən Dreamland Qolf Klubunda "Azerbaijan Open 2026" qolf turniri keçiriləcək. Yarış Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə baş tutacaq və müxtəlif ölkələrdən peşəkar, eləcə də həvəskar qolfçuları bir araya gətirəcək.

Turnirin məqsədi Azərbaycanda qolf idman növünün inkişafına dəstək vermək, bu sahəyə marağı artırmaq, beynəlxalq idman əlaqələrini genişləndirmək və idman turizminin təşviqinə töhfə verməkdir. Yarış beynəlxalq standartlara uyğun təşkil olunacaq.

İki gün davam edəcək turnirdə iştirakçılar müxtəlif kateqoriyalar üzrə mübarizə aparacaqlar. Yarışın yekununda fərqlənən idmançılar medal, kubok və digər mükafatlarla təltif olunacaqlar.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Dreamland Golf Club Dreamland Golf Club
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər