Türkiyə-Azərbaycan Gənclər Mübadiləsinə müraciətlər başlayır!

5 oktyabr 2026 - 9 oktyabr 2026

10:00

Tədbir haqqında:

Azərbaycan və Türkiyə gəncləri arasında qardaşlıq, dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, gənclər sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqi, zəngin tarixi, mədəni irsi, milli dəyərləri və ənənələri ilə yaxından tanış olması, iki ölkə arasında ortaq tarixi-mədəni bağların daha yaxından öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Türkiyə–Azərbaycan Gənclər Mübadiləsi keçiriləcək.

 

📍 Ankara • Kayseri • Nevşehir

📅 5–9 oktyabr 2026

Proqram çərçivəsində iştirakçıları:

🔹 gənclər siyasəti və gənclərlə iş üzrə müzakirələr;

🔹 Azərbaycan və Türkiyə gənclərinin təcrübə və fikir mübadiləsi;

🔹 interaktiv sessiyalar və komanda fəaliyyətləri;

🔹 mədəni proqramlar və qarşılıqlı tanışlıq;

🔹 yeni dostluqlar və beynəlxalq əməkdaşlıq imkanları gözləyir.

👥 Kimlər müraciət edə bilər?

Azərbaycan Respublikasının vətəndaşı olan 18–29 yaş arası, gənclərlə iş, könüllülük, ictimai fəaliyyət və layihələrdə iştirak təcrübəsi olan, beynəlxalq əməkdaşlığa maraq göstərən gənclər.

📌 Seçim zamanı namizədlərin motivasiyası, ictimai fəaliyyəti, komanda və kommunikasiya bacarıqları, dünyagörüşü və Azərbaycan-Türkiyə gənclər əməkdaşlığına baxışı nəzərə alınacaq.

 

🔗 Müraciət üçün: https://gencler.az/events/gencler-mubadilesi 

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Bakı
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər