Pauerliftinq və benç-press üzrə ölkə çempionatı

27 fevral 2026 - 1 mart 2026

09:00

Tədbir haqqında:

27 fevral - 1 mart tarixlərində Ağırlıqqaldırma Mərkəzində pauerliftinq və benç-press üzrə ölkə çempionatı keçiriləcək. Bu güc idman növləri üzrə təşkil olunan turnir, ölkənin müxtəlif şəhər və rayonlarından olan idmançıları bir araya gətirəcək.

Yarışın məqsədi sağlam həyat tərzini təşviq etmək, güc idmanlarının inkişafına töhfə vermək və milli səviyyədə ən güclü idmançıları müəyyənləşdirməkdir. İştirakçılar müxtəlif çəki dərəcələrində öz qüvvələrini sınayacaq, texnika və fiziki hazırlıq səviyyələrini nümayiş etdirəcəklər.

Güc və iradə nümayişinin şahidi olmaq istəyən hər kəsi bu maraqlı tədbirə dəvət edirik!

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Ağırlıqqaldırma Mərkəzi Ağırlıqqaldırma Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr