
Bədii gimnastika üzrə “Winter Fairytale” beynəlxalq turnir
12 dekabr 2025
- 13 dekabr 2025
10:00
Tədbir haqqında:
12-13 dekabr 2026-cı il tarixlərində Milli Gimnastika Arenasında möhtəşəm idman tədbiri – Bədii gimnastika üzrə “Winter Fairytale” adlı beynəlxalq turnir keçiriləcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Gimnastika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışda dünyanın müxtəlif ölkələrindən gimnastlar incəlik, çeviklik və peşəkarlıq nümayiş etdirəcəklər. İki gün davam edəcək bu möhtəşəm turnir tamaşaçılara unudulmaz anlar yaşadacaq. Yarışın sonunda qaliblərə müxtəlif metal və dəyərli mükafatlar təqdim olunacaq.
Azarkeşlər üçün giriş sərbəstdir! Gəlin bu möhtəşəm yarışın həyəcanını birlikdə yaşayaq və gimnastlarımıza dəstək olaq!
Xəritə üzərində:
İstiqamət: