Dövlət qurumları arasında atletika yarışı

11 sentyabr 2025 - 11 sentyabr 2025

10:00

Tədbir haqqında:

 

Sentyabrın 11-də Bakı Atletika Mərkəzində kütləvi idman tədbiri çərçivəsində dövlət qurumları arasında atletika yarışı təşkil olunacaq. Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Turnirdə müxtəlif dövlət qurumlarını təmsil edən iştirakçılar sürət, məsafə qaçışı və digər atletika növlərində güclərini sınayacaqlar. Məqsəd dövlət qurumlarında çalışan əməkdaşlar arasında sağlam həyat tərzini təşviq etmək, həmrəylik yaratmaq və kütləvi idmana marağı artırmaqdır.

Yarış iştirakçılar üçün həm idman bacarıqlarını nümayiş etdirmək, həm də dostluq və əməkdaşlıq münasibətlərini möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Azarkeşlər üçün giriş sərbəstdir.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Atletika Mərkəzi Bakı Atletika Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr