
Avarçəkmə üzrə açıq Bakı çempionatı
11 iyul 2025
- 11 iyul 2025
10:00
Tədbir haqqında:
Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək.
Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı əsasında iyulun 11-də avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək. Yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək.
Reqlamentə əsasən açıq Bakı çempionatında idmançılar akademik avarçəkmə və kanoedə 1 nəfərlik qayıqda 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Kayak qayığında isə 500 metr məsafədə həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda çempionluq uğrunda yarışacaq.
Tamaşaçılar üçün giriş sərbəstdir. Gəlin bu həyəcanı birgə yaşayaq!
Ünvan:
Xəritə üzərində:
İstiqamət: