Şose velosipedi üzrə ölkə çempionatı

27 iyun 2026 - 28 iyun 2026

10:00

Tədbir haqqında:

27-28 iyun 2026-cı ilin tarixlərində Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Qala qəsəbəsi, Türkan dairəsi, “Dreamland” və Qala yolu istiqamətini əhatə edən 7,2 kilometrlik marşrut üzrə şose velosipedi üzrə ölkə çempionatı təşkil olunacaq.

Çempionatda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən velosipedçilər iştirak edərək fərdi və qrup yarışlarında qalib adı uğrunda mübarizə aparacaqlar. Yarış iştirakçılardan yüksək fiziki hazırlıq, dözümlülük və taktiki ustalıq tələb edəcək.

Ölkə çempionatının keçirilməsində məqsəd velosiped idmanının inkişafına töhfə vermək, idmançıların yarış təcrübəsini artırmaq və perspektivli velosipedçilərin müəyyənləşdirilməsinə şərait yaratmaqdır.

Gərgin idman mübarizəsi şəraitində keçməsi gözlənilən yarışın sonunda fərqlənən idmançılar müvafiq medal və diplomlarla təltif olunacaqlar. Turnirin milli komandanın formalaşdırılması və beynəlxalq yarışlara hazırlıq baxımından da əhəmiyyətli rol oynayacağı gözlənilir.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Xəzər rayonu Xəzər rayonu
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər