Şose velosipedi üzrə ölkə çempionatı

29 iyun 2026 - 30 iyun 2026

10:00

Tədbir haqqında:

29-30 iyun 2026-cı il tarixlərində Xızı rayonu ərazisində şose velosipedi üzrə ölkə çempionatı keçiriləcək. Yarış marşrutu Giləzi qəsəbəsinin ikinci kilometrliyindən başlayaraq Altıağac qəsəbəsinin inzibati ərazi dairəsində yerləşən Qızılqazma kəndi istiqamətində uzanan 38,9 kilometrlik məsafəni əhatə edəcək.

Çempionatda ölkənin müxtəlif bölgələrindən olan velosipedçilər iştirak edərək çempionluq uğrunda mübarizə aparacaqlar. İdmançılar uzun məsafəli ötüşmələrdə dözümlülük, sürət və taktiki hazırlıq səviyyələrini nümayiş etdirəcəklər.

Yarışın keçirilməsində əsas məqsəd şose velosipedinin inkişafını təşviq etmək, idmançıların peşəkarlıq səviyyəsini yüksəltmək və beynəlxalq yarışlara hazırlıq prosesinə töhfə verməkdir.

Mürəkkəb relyefə malik marşrutun iştirakçılar üçün ciddi sınaq olacağı gözlənilir. Çempionatın yekununda qaliblər və mükafatçılar müvafiq medal və diplomlarla təltif ediləcəklər.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Xızı Xızı
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər