Şahmat üzrə ölkə çempionatının final mərhələsi

24 mart 2026 - 2 aprel 2026

10:00

Tədbir haqqında:

24 mart – 2 aprel 2026-cı il tarixlərində şahmat üzrə 8, 10, 12, 14, 16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatının final yarışları təşkil olunacaq. Yarışlar Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq.

Final mərhələsində ölkənin müxtəlif bölgələrindən seçmə mərhələləri uğurla keçmiş şahmatçılar iştirak edəcəklər. Mübarizə hər yaş qrupu üzrə ayrıca keçiriləcək və qaliblər müvafiq yaş kateqoriyaları üzrə müəyyənləşdiriləcək.

Çempionatın keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələr arasında şahmatın inkişafını dəstəkləmək, istedadlı idmançıları üzə çıxarmaq və onların beynəlxalq turnirlərə hazırlıq səviyyəsini artırmaqdır.

Qaliblər diplom, medal və kuboklarla təltif olunacaqlar. Yarışın detallı proqramı və digər təşkilati məsələlərlə bağlı əlavə məlumat yaxın günlərdə açıqlanacaq.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Gəncə Olimpiya İdman Kompleksi Gəncə Olimpiya İdman Kompleksi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər