
Cüdo üzrə kişilər üçün liqa yarışının 2-ci turu
3 iyul 2025
- 4 iyul 2025
10:00
Tədbir haqqında:
3–4 iyul tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində cüdo üzrə kişilər üçün liqa yarışının 2-ci turu keçiriləcək. Yarış böyüklər – 2009-cu il və ondan əvvəlki təvəllüdlü idmançılar arasında baş tutacaq.
Bu mərhələ, güclü rəqiblərin qarşılaşdığı, təcrübə və texnikanın ön planda olduğu dinamik və gərgin mübarizələrlə yadda qalacaq.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışın qaliblərinə müxtəlif medal və mükafatlar təqdim olunacaq. Cüdo idmanının peşəkar səviyyədə nümayiş olunduğu bu yarış izləyicilər üçün açıqdır və giriş sərbəstdir. Gəlin bu həyəcanı birgə yaşayaq!
Ünvan:
Xəritə üzərində:
İstiqamət: