Muaytay üzrə ölkə çempionatı
26 iyun 2026
- 28 iyun 2026
10:00
Tədbir haqqında:
26-28 iyun 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində muaytay üzrə ölkə çempionatı təşkil olunacaq. Yarışda böyüklər, gənclər, yeniyetmələr və kiçik yaşlı yeniyetmələr yaş kateqoriyaları üzrə idmançılar qüvvələrini sınayacaqlar.
Üç gün davam edəcək çempionatda ölkənin müxtəlif şəhər və rayonlarından olan muaytayçılar qalib adı uğrunda mübarizə aparacaqlar. Yarış iştirakçıların fiziki hazırlıq səviyyəsini, texniki-taktiki bacarıqlarını və döyüş əzmini nümayiş etdirmələri üçün mühüm imkan yaradacaq.
Ölkə çempionatı perspektivli idmançıların müəyyənləşdirilməsi, onların yarış təcrübəsinin artırılması və muaytay idman növünün inkişafına töhfə verilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Gərgin və maraqlı qarşılaşmaların gözlənildiyi yarışın sonunda qaliblər və mükafatçılar müvafiq medal və diplomlarla təltif olunacaqlar.
Əlaqə vasitələri:
Yarışı paylaş:
Xəritə üzərində:
İstiqamət:
Azərbaycan Kikboksinq Federasiyası
Ödənişsiz
Ödənişsiz