Çimərlik güləşi üzrə ölkə çempionatı və U-17 ölkə birinciliyi

16 iyul 2025 - 17 iyul 2025

10:00

Tədbir haqqında:


 

16–17 iyul 2025-ci il tarixində Su İdmanı Sarayı, Avropa Oyunları Parkında yay mövsümünün ən maraqlı və dinamik idman tədbirlərindən biri olan çimərlik güləşi üzrə ölkə çempionatı və U-17 ölkə birinciliyi keçiriləcəkdir. Təcrübəli idmançılarla yanaşı, 17 yaşadək gənc güləşçilərin də mübarizə aparacağı bu yarış, həm peşəkar səviyyədə güc və texnikanın nümayişinə, həm də gələcəyin idmançılarının üzə çıxmasına imkan yaradacaq. Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarış bu il də yüksək rəqabət və idman ruhu ilə keçiriləcək. Sonda qaliblərə müxtəlif medal və mükafatlar təqdim olunacaq. 

Çimərlik güləşi — təbiət və idmanın sintezində keçirilən bu turnir həm yarış iştirakçıları, həm də izləyicilər üçün xüsusi atmosfer və həyəcan vəd edir.

Tədbirə giriş sərbəstdir.

İdmansevərləri Su İdmanı Sarayında keçiriləcək bu möhtəşəm qarşılaşmaları canlı izləməyə dəvət edirik!

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Su İdmanı Sarayı Su İdmanı Sarayı
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Digər tədbirlər