
Cüdo yarışı – U-14 NE-WAZA üzrə ACF Kuboku
19 iyul 2025
- 20 iyul 2025
10:00
Tədbir haqqında:
Cüdo Yarışı – U-14 NE-WAZA üzrə ACF Kuboku
19–20 iyul tarixlərində 2012–2013-cü il təvəllüdlü idmançılar arasında qızlar və oğlanlar üçün NE-WAZA üzrə ACF Kuboku (U-14) keçiriləcək.
Bu yarış cüdonun yerüstü texnikalarının nümayiş olunduğu NE-WAZA qaydalarına əsasən təşkil olunur və gənc istedadların bacarıqlarını göstərməsi üçün əla fürsətdir. Uşaq və yeniyetmə idmançıların peşəkar mühitdə təcrübə qazanacağı bu kubok gələcəyin çempionlarını bir araya gətirəcək. Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışın qaliblərinə müxtəlif medal və mükafatlar təqdim olunacaq.
Tədbir biletsiz və ödənişsizdir.
Gənc cüdoçuların həyəcan dolu mübarizəsinə şahid olmaq istəyən hər kəs iştirak edə bilər!
Ünvan:
Xəritə üzərində:
İstiqamət: