
Boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turniri
5 mart 2026
- 10 mart 2026
10:00
Tədbir haqqında:
2026-cı ilin mart ayında Bakı Boks Mərkəzində möhtəşəm idman tədbiri – boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turniri keçiriləcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışda müxtəlif ölkələrdən idmançılar güclərini sınayacaq. Güclü zərbələr, yüksək temp və döyüş ruhu ilə dolu qarşılaşmalar tamaşaçılar üçün unudulmaz anlar bəxş edəcək. Turnirin sonunda qaliblərə müxtəlif metal və dəyərli mükafatlar təqdim olunacaq.
Azarkeşlər üçün giriş sərbəstdir! Gəlin bu möhtəşəm həyəcanı birlikdə yaşayaq və boksçularımıza dəstək olaq!
Xəritə üzərində:
İstiqamət: