
Akrobatika gimnastikası üzrə beynəlxalq turnir
5 iyun 2026
- 7 iyun 2026
10:00
Tədbir haqqında:
5-7 iyun 2026-cı il tarixlərində Milli Gimnastika Arenasında möhtəşəm idman tədbiri – Akrobatika gimnastikası üzrə beynəlxalq turnir keçiriləcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Gimnastika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq bu yarışda dünyanın müxtəlif ölkələrindən akrobatlar çeviklik, ustalıq və komanda ruhunu nümayiş etdirəcəklər. Üç gün davam edəcək mübarizə tamaşaçılara unudulmaz anlar bəxş edəcək. Yarışın sonunda qaliblərə müxtəlif metal və dəyərli mükafatlar təqdim olunacaq.
Azarkeşlər üçün giriş sərbəstdir! Gəlin bu möhtəşəm yarışın həyəcanını birlikdə yaşayaq və akrobatlarımıza dəstək olaq!
Xəritə üzərində:
İstiqamət: